Saytımızı qiymətləndirin


 
 

Bazar günü hava necə olacaq?
Tarix: 03-12-2022 | Saat: 15:45
Bölmə:Karusel | çapa göndər

Bazar günü hava necə olacaq?

 

Dekabrın 4-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq.

Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.



Xəbəri paylaş

121 dəfə oxunub.

Digər xəbərlər