"Yaxın altı ayda Ukrayna müharibəsinin nəticələri müəyyən ediləcək..."
Tarix: 22-03-2023 | Saat: 15:42
Bölmə:Karusel / Region | çapa göndər
1188 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-03-2023 | Saat: 15:42
Bölmə:Karusel / Region | çapa göndər

"Qərb tərəfdaşları Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücumuna hazırlaşır..."
"Başlıca məqsəd Rusiyanın Krıma aparan quru dəhlizinin dağıdılması olacaq..."
Yaxın yarım il həm Ukrayna, həm də Rusiya üçün kritik mühüm əhəmiyyət kəsb edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici jurnalistlər üçün brifinqdə NATO-nun yüksək rütbəli nümayəndəsi bəyan edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, yaxın altı ay Ukraynada müharibənin nəticəsini müəyyən edəcək.
Alyansın nümayəndəsi qeyd edib ki, hazırda Qərb tərəfdaşları Ukrayna Silahlı Qüvvələrinin yazda və ya yayda başlanacaq uğurlu əməliyyatına hazırlaşır.
"Hazırkı məqama Ukraynadan olan tərəfdaşlarımıza uğurlu əkshücum üçün lazım olan hər şey-təlim, maddi baza, logistik və kəşfiyyat dəstəyi verilib", - məmur deyib.
O, həmçinin qeyd edib ki, Rusiya Ukrayna qüvvələrinin Luqansk və Zaporojye vilayətlərində hücumunu "haqlı olaraq gözləyir".
Lakin NATO rəhbərliyi hesab edir ki, başlıca məqsəd Rusiyanın Krıma aparan quru dəhlizinin dağıdılması olacaq.
NATO nümayəndəsi "təhlükəsizlik mülahizələrinə görə", hücumun təfsilatlarını səsləndirməyib, lakin qeyd edib ki, Ukrayna başqa əməliyyatları da həyata keçirəcək. Bu əməliyyatlar Rusiya qoşunlarının diqqətini yayındırmağa yönələ bilər, lakin hücumun əsas məqsədi də ola bilər.
Məmur xatırladıb ki, ötən yay bütün nəzərlər Xersona yönəlmişdi, amma Ukrayna qəflətən Xarkov vilayətinə zərbə endirib və böyük bir ərazini rusiyalı hərbçilərdən azad edib.
NATO həmçinin istisna etmir ki, Ukrayna Krıma hücuma keçəcək. "Kiyevin bütün Ukrayna ərazisini azad etmək haqqı var", - NATO nümayəndəsi bəyan edib.
Hal-hazırda cəbhədə vəziyyət, demək olar ki, dəyişmir. Rusiya lokal hücumlara cəhd edir, bunlar ciddi uğurlara gətirib çıxarmır. Ukrayna müdafiədə dayanmaqla gələcək hücum üçün qüvvə toplayır.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2022, 11:41
İƏT-in Baş katibinin müavini: “Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik”
3-03-2023, 14:42
Dərmanlar bahadır, tədbirlər görülməlidir - Ombudsman
22-04-2022, 19:13
Ağdamda növbəti mərhələdə görüləcək işlər açıqlanıb
8-04-2022, 21:27
Rusiya XİN: Kiyev Kramatorskın atəşə tutulmasına görə məsuliyyətdən qaça bilməyəcək
3-06-2024, 21:37
Baş Prokurorluq zavodda 5 əməkdaşın ölümü ilə bağlı açıqlama yaydı
3-04-2022, 22:55
Kadırov Peskovu buna görə tənqid etdi
5-11-2025, 17:28
NATO Rusiyanın Kalininqrad vilayətini təcrid edir
13-04-2021, 10:14
Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI
2-05-2024, 10:37
Əfv Məsələləri Komissiyasının növbəti iclası


















