Saytımızı qiymətləndirin


 
 

"Putinin yeraltı bunkerləri Moskvadan ən azı Uraladək olan ərazidə yerləşir..." - MARAQLI
Tarix: 02-12-2022 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər

"Putin nüvə qışını harada keçirəcək?.." 
"Moskvanın mərkəzindəki bunkerlər hökumət müəssisələrini birləşdirir, dərinliyi 200 metrdir..."
 
"Uralın Mejqorye şəhərciyində Yamantu dağında bunkerlərdən biri yerləşir, dağın üzərində uçuşsuz zona yaradılıb..."
 
Rusiya prezidentinin genişlənən bunkerlər şəbəkəsi haqqında məlumatların üstü açılıb
 
Rusiya prezidenti Vladimir Putin məxfi bunkerlərin qlobal şəbəkəsinə malikdir və çoxları məxfi tunellərlə birləşən yeraltı sığınacaqların tikintisini davam etdirir.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Sobesednik" nəşrinin jurnalistlərinin apardığı araşdırmada deyilir.
 
Nəşr qeyd edir ki, sığınacaqlar hələ sovet dövründən dövlətin birinci şəxsləri üçün tikilməyə başlanılıb.
 
Putinin hakimiyyəti müddətində bunkerlər şəbəkəsi xeyli genişlənib, sığınacaqların rəsmi sistemindən başqa, qeyri-rəsmi sistemi də meydana çıxıb.
 
Bu zaman köhnə sovet bunkerləri unudulmayıb, onlar yenidən qurulur və müasir həyat təminatı sistemləri ilə təchiz edilir.
O cümlədən, raketlərin buraxılış qurğuları üçün şaxtaların yaradılmasında ixtisaslaşan struktur onlarda liftləri əvəz edib.
 
Bunkerlərin rəsmi sistemi ilə Rusiya prezidenti yanında xüsusi proqramlar Baş İdarəsi məşğuldur. Bu, bilavasitə prezidentə tabe olan ayrıca güc strukturudur. 
 
Qeyri-rəsmi bunkerlər sistemi ilə isə Gelencik Sarayının altında tunellər qazan insanlar məşğuldur.
 
Putinin yeraltı bunkerləri Moskvadan ən azı Uraladək olan ərazidə yerləşir. 
 
Belə ki, gizli tunellər Rusiya paytaxtının mərkəzində də var. Jurnalistlərin məlumatına görə, "Metro-2" kimi tanınan yeraltı sistem Moskvanın hökumət müəssisələrini birləşdirir, burada ilk növbədə Kreml, Balaşixada, Çexovda və az qala Kaluqadakı bunkerlər daxildir. Bu tunellərin dərinliyi 200 metrə çatır.
 
Jurnalistlər həmçinin Uralın məxfiləşdirilən Mejqorye şəhərciyində Yamantu dağında Putinin bunkerlərindən birini aşkar edib.
 
Burada son aylar tikinti işləri gedir və vəsaitlər əsirgənilmir. Dağın üzərində uçuşsuz zona müəyyən edilib. Bu tikintinin mühafizəsinə hərbçilər cavabdehdir. 
 
Əraziyə nəzarət kvadrokopterlər tərəfindən həyata keçirilir, onlar 32 dəfə böyüdən kameralar və teplovizorlar quraşdırılıb.(Moderator.az)

 



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər