Saytımızı qiymətləndirin


 
 

Türkiyə Prezidenti Milli Məclisin nümayəndə heyəti ilə görüşüb
Tarix: 14-07-2021 | Saat: 16:18
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Türkiyə Prezidenti Milli Məclisin nümayəndə heyəti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qarabaqinfo.az-nın xəbərinə görə, Ərdoğan MM-in nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib 

Bu gün səfər çərçivəsində azərbaycanlı parlamentarilər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət ediblər. Azərbaycan parlamenti adından Anıtqəbrin önünə əklil qoyulub, sonra burada yerləşən Qurtuluş Savaşı Muzeyi ilə tanışlıq olub. Milli Məclisin komitə sədri Səməd Seyidov Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində bu gün nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıçla görüşü keçirilib. Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in Milli Müdafiə Komissiyasının sədri İsmət Yılmaz və Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin sədri Əhməd Yıldızla da görüş nəzərdə tutulub.

Nümayəndə heyətinin səfər proqramı iyulun 16-da başa çatacaq. Nümayəndə heyətinə deputatlar Səməd Seyidov, Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli daxildir.

Qeyd edək ki, nümayəndə heyəti 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Ankarada səfərdədirlər.



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər
15-12-2021, 10:52 Peqov sərbəst buraxıldı