Saytımızı qiymətləndirin


 
 

Əlisa Nicatla bağlı sevindirici xəbər
Tarix: 01-12-2022 | Saat: 13:58
Bölmə:Karusel | çapa göndər

 

Əlisa Nicata birdəfəlik yardım ediləcək. Məbləği bilmirəm.

Qarabaginfo.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu deyib. O qeyd edib ki, Əlisa Nicatın vəziyyəti ilə bağlı qurumun sədri, xalq yazıçısı Anara müraciət edilib, ən qısa zamanda yazıçıya maddi yardım ediləcək.

S.Babullaoğlu Ə.Nicatın prezident təqaüdü almaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Ə.Nicatın istəyi və müraciəti əsasında Prezident təqaüdü alması üçün adı siyahıya salınacaq. AYB-nin üzvü olmayan şəxslər bu təqaüdü ala bilmir. Sərəncamda qeyd olunub ki, təqaüd AYB-nin üzvlərinə verilir. Təqaüd sosial yardım deyil, yaradıcı prosesi stimullaşdırmaq üçündür”.

Qeyd edək ki, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

Paylaşımda 87 yaşlı Ə.Nicatın sosial təminatının aşağı olduğu, evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

 



Xəbəri paylaş

127 dəfə oxunub.

Digər xəbərlər