Tarix: 27-08-2026 | Saat: 09:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İtaliya Avropanın hərbiləşdirmə fondundan (SAFE) ilkin olaraq nəzərdə tutulan 15 milyard avro əvəzinə 8,9 milyard avro tələb edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani bildirib.
“Biz daha az vəsaitdən istifadə etmək qərarına gəldik, çünki səhiyyə və sosial siyasətə daha çox investisiya yatırmalıyıq. İranla müharibənin yaratdığı böhran prioritetlərin dəyişməsinə səbəb olub. İlkin olaraq tələb etdiyimiz 14 milyard avrodan 8,9 milyard avronu, yəni təxminən 9 milyard avronu ayırmışıq”, – deyə Tayani bildirib.
Nazirin sözlərinə görə, İtaliya Müdafiə Nazirliyi layihələrin siyahısını hazırlayacaq.
“Bunlar əsasən digər dövlətlərlə əməkdaşlıq çərçivəsində artıq planlaşdırılmış təşəbbüslərdir. Düşünürəm ki, onların icrasına gələn ildən başlanacaq”, – deyə Taani əlavə edib.
Digər xəbərlər



















