Saytımızı qiymətləndirin


 
 

Dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat açıqlanıb
Tarix: 04-11-2020 | Saat: 12:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat açıqlanıb

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, hesabatda sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı statistik məlumatlar dərc olunub.

Ermənistan ordusunun raket və top mərmiləri atması nəticəsində həlak olan və xəsarət alan dinc sakinlərlə bağlı məlumatlar öz əksini tapıb.

Həmçinin Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlara və institutlara bir sıra işlərin görülməsi tövsiyyə olunub. "Report"



Xəbəri paylaş

373 dəfə oxunub.

Digər xəbərlər