Tarix: 25-11-2022 | Saat: 12:40
Bölmə:Karusel | çapa göndər
“Deputat Qüdrət Həsənquliyevin Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də, kişilərin pensiya yaşı aşağı salınmalıdır. Deputatın dedikləri həqiqəti əks etdirmir, statistikalar fərqlidir”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev 65 yaşa qədər olan kişilərin sayı 47%-ə çatdığını bildirmişdi: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər. Digər tərəfdən, Vergi Məcəlləsinə vergi güzəştləri ilə bağlı dəyişikliklərə baxıram, burada uşaq geyimləri, uşaq yeməkləri yoxdur. Elektromobildənsə, biz bunlara vergi güzəştləri tətbiq etməliyik”.
Digər xəbərlər