Saytımızı qiymətləndirin


 
 

PA sektor müdiri: 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var
Tarix: 11-10-2024 | Saat: 13:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

PA sektor müdiri: 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var

Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib.

“Bələdiyyələrin borcu problemi uzun illərdir var. Borcların böyüməsinin qarşısını alınıb, lakin əvvəldən qalan borclar hələ də var. 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”, - deyə Fərid Əliyev bildirib.



Xəbəri paylaş

65 dəfə oxunub.

Digər xəbərlər