Saytımızı qiymətləndirin


 
 

Çindən gələn təhlükə - Azərbaycanda da yoluxma artacaq? 
Tarix: 23-11-2022 | Saat: 12:14
Bölmə:Karusel | çapa göndər

Çindən gələn təhlükə - Azərbaycanda da yoluxma artacaq? 

Son günlər Çində koronavirusa yoluxma hallarının artması ciddi təşvişə səbəb olub. Bir çox mütəxəsisslər pandemiyanın növbəti dağlasının virusun "vətəni" hesab olunan Çindən başlandığını bildirərək, həyəcan təbili çalırlar.

 

İddialara əsasən, qış aylarında COVID-19 yenidən dünyanı cənginə alacaq, bu səbəblə karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq. Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, pandemiya hələ bitməyib, yoluxma və ölüm hallarının artması istisna deyil.

 

Növbəti dalğa Azərbaycana necə təsir edəcək? Ölkəmizdə yoluxmaların artması gözlənilirmi? 

 

 

Bu barədə Modern.az-a açıqlama verən tanınmış həkim Aydın Əliyev təşvişə düşməyə səbəb olmadığını deyib. Onun fikrincə, Çində yoluxma artsa belə, COVID-19 pandemiyası tarixə qovuşub.


“Virus dəfələrlə mutasiyaya uğradığından öldürücülük qabiliyyəti sıfırlanıb. Ağır xəstəlik törətmə qabiliyyəti də demək olar ki, yoxdur. Ölkədə əksər insanlar peyvənd edilib, təqribən 30-40 faiz əhalidə yoluxma faktı qeydə alındığından immunitet formalaşıb. Azərbaycanda virusa yoluxma sayında artım olmayacaq. COVID-19-a görə narahatlıq keçirməyə dəyməz. İnsanlar rahat həyatına davam etməlidirlər”, - deyə həkim vətəndaşlarımızı narahat olmamağa çağırıb.

 

 

İnfeksionist Nicat Əzimli də hazırda Azərbaycanda epidemioloji vəziyyətin qənaətbəxş olduğunu söyləyib.

 

“Təqdim olunan yoluxma sayının dinamikasına və digər göstəricilərə baxanda görərik ki, hazırkı vəziyyətdə narahatlığa əsas yoxdur. Eləcə də həkim olaraq şəxsi müşahidələrimizlə bunu təsdiqləyə bilərik. Tənəffüs orqanlarının viruslu infeksion xəstəliklərinin sayının artması mövsümlə əlaqədardır və bunu təbii qəbul etmək lazımdır. Bakı kimi əhalinin nisbətən sıx olduğu şəhərlərdə mövsümi qripə yoluxma halları koronavirus kimi artır. Bu, insanlarda təşvişə səbəb olmamalıdır”.

 

Həkim vətəndaşları qripə yoluxmamaq üçün sosial məsafə tələblərinə əməl etməyə çağırıb:

 

“Belə halda sosial məsafəyə diqqət etməliyik. Bundan əlavə, xüsusilə xəstə şəxsin maskadan istifadə etməsi və mümkündürsə, özünü ətrafdakı insanlardan tamamilə uzaq tutması ən effektiv tədbir olar. Koronavirus və qriplə bağlı gündəmdə olan xəbərlərə gəlincə, Çin kimi əhalinin ultra-sıx olduğu ölkələrdə yoluxmaların daha sürətlə artması gözləniləndir. Bunun Azərbaycandakı vəziyyətə təsiri o halda olardı ki, virusun xüsusiyyətlərində hansısa dəyişiklik baş vermiş olsun. Lakin, hazırda bu haqda narahat olunacaq durum yoxdur”.



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər
7-04-2021, 10:43 Astara sakini ülgüc udub