Saytımızı qiymətləndirin


 
 

Türkiyə HƏMAS rəhbərliyinin ölkəyə köçməsi ilə bağlı xəbərləri təkzib etdi
Tarix: 18-11-2024 | Saat: 15:45
Bölmə:Karusel / Region | çapa göndər

HƏMAS-ın siyasi qanadının nümayəndələrinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NTV telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“HƏMAS nümayəndələri vaxtaşırı Türkiyəyə səfər edirlər, lakin hərəkatın siyasi bürosunun ölkəyə köçürülməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – mənbə qeyd edib.

Daha əvvəl “Times of Israel” adı açıqlanmayan ərəb diplomatına istinadən xəbər vermişdi ki, HƏMAS-ın yüksək rütbəli rəsmiləri Doha Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra ötən həftə Qətəri tərk edərək Türkiyəyə gedib.

Öz növbəsində “Financial Times” iddia edib ki, Qətər ABŞ-ın təzyiqi altında HƏMAS rəhbərliyindən ölkəni tərk etməyi xahiş edib, çünki hərəkat Qəzza zolağında atəşkəs danışıqları çərçivəsində israilli girovların azad edilməsi ilə bağlı vasitəçilərin təkliflərini dəfələrlə rədd edib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər