“Bütöv Azərbaycan mütləq qurulacaq” - Mahmudəli Çöhrəqani
Tarix: 18-11-2022 | Saat: 14:57
Bölmə:Karusel / Region | çapa göndər
1184 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-11-2022 | Saat: 14:57
Bölmə:Karusel / Region | çapa göndər

“Dua edirik ki, Allah bu zalım, cahid, faşist rejimini coğrafiyamızdan yox eləsin”.
Bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə yaşayan lideri, doktor Mahmudəli Çöhrəqani Moderator.az-a özəl açıqlamasında deyib.
İranda hazırda baş verən hadisələri analiz edən Çöhrəqani bildirib ki, etiraza qalxan xalq azadlıq, özgürlük, bağımsızlıq, kölə, qul olmamaq, insan kimi yaşamaq istəyir:
“Ədalət budur ki, xalqa zülm verilməməlidir, heç bir xalq, heç bir etnik rasizmə, faşizmə məruz qalmamalıdır. Bütün ölkə vətəndaşlarına eyni gözlə baxılmalı, onların insan kimi var olmaq və yaşamaq hüquqları tanınmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə böyük bir olay, uzun illərdir gözlədiyimiz tarixi hadisə baş verəcək. Fars, faşist molla rejimi məhv olacaq və Güney Azərbaycan öz azadlığına, özgürlüyünə, hürriyyətinə, istiqbalına qovuşacaq. Bölünmüş vətənimiz Bütöv Azərbaycanın, 50 milyonluq xalqın və liderlərinin iradəsi ilə bütöv olacaq”.
Mahmudəli Çöhrəqani qeyd edib ki, Bütöv Azərbaycanın qurulması üçün xalqın iradəsi bütövləşməlidir:
“Türkiyəli qardaşlarımız demişkən, şəhidlər ölməz, Vətən bölünməz. Vətəni 10 milyon dəfə kiçiltsək, 5 nəfərlik bir ailə, bir ev olar. Nə ev parçalanar, nə də o evdə yaşayan ailə. Bizim də insani, milli haqqımızdır ki, millətimiz birləşsin, Vətənimiz bütövləşsin. Və bu mütləq olacaq. 2003-cü ildə Bakıya ilk səfərimdə demişdim ki, bu tiknalı telləri millətimiz öz istəkləri ilə çəkməyib, millətimizin düşmənləri çəkib bu tikanlı məftilləri. Vətənimizi Güney və Qüzey Azərbaycan olaraq ikiyə bölüblər. Millətimizin iradəsi bütövləşəndə, birləşəndə həmin telləri söküb atacağıq və Bütöv Azərbaycan qurulacaq”.
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2023, 17:00
Qarabağ ermənilərinin qazı da kəsildi
5-09-2022, 17:31
Putin beynəlxalq forumda Paşinyanla görüşəcək
19-11-2025, 15:02
Kavelaşvili: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhü alqışlayır
24-10-2021, 09:03
Bu ölkələr Ərdoğanın açıqlamasına reaksiya verdi
12-03-2022, 18:04
Lavrovla Çavuşoğlu telefonla danışıb
15-07-2024, 21:12
NATO Gürcüstanı demokratik islahatları sürətləndirməyə çağırıb
1-05-2026, 15:59
“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi
1-10-2022, 18:59
Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri başa çatıb
20-05-2026, 12:33
7 illik prezidentliyinin dörd ilində ancaq vuruşdu...
















