Saytımızı qiymətləndirin


 
 

Prokurorluq koronavirusdan ölən qadının işi ilə bağlı məlumat yaydı
Tarix: 11-11-2022 | Saat: 15:40
Bölmə:Karusel / Hadisə | çapa göndər

Prokurorluq koronavirusdan ölən qadının işi ilə bağlı məlumat yaydı

"Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə feysbuk sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanıb.

"Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat edənAsya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınıb.

Araşdırma zamanı təyin edilən komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməyib.

Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək", - deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər
8-05-2022, 13:06 Sabah yağış yağacaq


Dünən, 14:45Tofiq Hüseynov - 70