XİN-dən Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı iddialarına cavab
Tarix: 11-11-2022 | Saat: 11:37
Bölmə:Karusel / Region | çapa göndər
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yanlış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur.
1218 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-11-2022 | Saat: 11:37
Bölmə:Karusel / Region | çapa göndər
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yanlış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur.Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
Bildirilib ki, üçtərəfli bəyanata görə, Ermənistanın Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var: "Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır”.
Xəbəri paylaş
Digər xəbərlər
21-04-2022, 18:56
Bayden Ukrayna iqtisadiyyatına dəstək məqsədilə 500 milyon dollar ayırıb
29-05-2024, 20:18
Vəzifəli şəxs ehtiyatsızlıqdan özünü güllələdi
17-12-2024, 12:34
Ambulator dərman təminatına 2025-ci ilin ikinci yarısından başlanılacaq
20-05-2022, 13:57
Bakıda 30-a yaxın məktəbin direktoru yoxdur
12-04-2023, 15:22
Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verib
17-02-2026, 14:19
Rusiyada prokuror Şahin Şıxlinski və Səfərovlara cəza istəyib
21-12-2022, 11:44
"Zəngin naxçıvanlı" mifi və muxtariyyət bəlası: Sadə vətəndaşların "qəbir əzabı" - Çingiz Özgür yazır
29-09-2020, 16:08
Döyüşə gedəndə gülər igidlər... - Video
15-12-2025, 11:35
Bu ölkədə daşqınlar 21 can aldı


















