Saytımızı qiymətləndirin


 
 

Azad olunmuş ərazilərdə daşınmaz əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb
Tarix: 09-03-2022 | Saat: 19:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azad olunmuş ərazilərdə daşınmaz əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb

İşğaldan azad olunmuş ərazilərdə keçən il infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər davam etdirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı, Kəlbəcər və Laçın rayonları üzrə daşınmaz əmlak və infrastruktur obyektlərinin ilkin inventarlaşdırılması yekunlaşıb.

İşğal nəticəsində 448 yaşayış məntəqəsinin tamamilə dağıdıldığı və 225 yaşayış məntəqəsində az sayda əmlakın mövcud olduğu müəyyən edilib və müvafiq aktlar (pasportlar) tərtib olunub.

Ümumilikdə 14,6 min daşınmaz əmlakın çöl inventarlaşdırılma işləri tamamlanıb. İlkin inventarlaşdırılması aparılan əmlakların 5,2 min (35,3%) ədədinin əsasən yararlı, 4,4 min (30,5 %) ədədinin qismən yararlı, 5 min (34,2%) ədədinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilib. Kəlbəcər rayonunda 2, Xocalı rayonunda 3, Xocavənd rayonunda 1, Laçın rayonunda 2 kəndin inventarlaşdırılması təhlükəsizlik səbəbi ilə mümkün olmayıb.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər