Saytımızı qiymətləndirin


 
 

“Putin öz sözünün ağasıdır” - Nazarbayev
Tarix: 01-12-2023 | Saat: 16:48
Bölmə:Karusel / Dünya | çapa göndər

“Putin öz sözünün ağasıdır” - Nazarbayev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev özünün memuarlar kitabında Rusiya lideri Vladimir Putini sözünün və əməlinin adamı kimi xarakterizə edib.

Qarabaqinfo.az ın məlumatına görə, Nazarbayev bildirib ki, Putin həmişə verdiyi vədlərə sədaqətlə əməl edir.

"Putin öz sözünün ağasıdır. Aramızda heç vaxt anlaşılmazlıq olmayıb. O, həmkarlarına verdiyi vədləri həmişə vicdanla yerinə yetirir”.
 

Nazarbayevin sözlərinə görə, Putinin bir xüsusiyyəti də odur ki, sözünün üstündə durmayan, öhdəliklərini yerinə yetirməyən dövlət başçıları və başqa adamlara qarşı sərt davranır.

“Onun dostluğa sadiq olduğunu bilirəm. Dövlət başçılarında o qədər də tez-tez rast gəlinməyən bu nadir insani keyfiyyətlər hörmət və etimad yaradır”, - Qazaxıstanın eks-prezidenti qeyd edib.

Nazarbayev müstəqil Qazaxıstanın ilk prezidenti olub və 30 ilə yaxın ölkəyə rəhbərlik edib. O, 2019-cu il martın 20-də dövlət başçısı vəzifəsini tərk edib.

Dekabrın 1-də ölkədə Nazarbayevin xatirələrindən ibarət memuar satışa çıxarılıb. “Mənim həyatım. Asılılıqdan azadlığa” adlı kitab 22 fəsildən, 694 səhifədən ibarətdir. Onların hər biri müəllifin şəxsi həyatından və ya siyasi karyerasından ayrı bir hadisəyə həsr olunub.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər