Tarix: 20-06-2021 | Saat: 19:52
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər
"Rusiya rəhbərliyi ikinci Qarabağ müharibəsində "sülhməramlı" qüvvələrini ermənilərin kompakt yaşadığı əraziyə yerləşdirməklə bir neçə məqsədə nail olmağa çalışırdı".
Qarabaginfo.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun sözlərinə görə, rusiyalı rəsmilər düşünüb ki, Cənubi Qafqazda öz hərbi kontingentini Azərbaycan ərazisində yerləşdirməklə, ölkəmizə təzyiq edəcək:
"İkinci, Qarabağda daima qalmaqla burada erməniləri daima qalxan edərək, münaqişəni davam etdirəcək.
Üçüncü, Azərbaycanı öz orbitinə daxil edəcək. Məhz son günlərdə Şuşa Bəyannaməsindən əvvəl Rusiya rəsmiləri Azərbaycanin KTMT və Avrasiya İttifaqina üzvlüyünu açıq şəkildə səsləndirirdilər.
Dördüncü, Rusiya Azərbaycanda hərbi baza baza yaratmağı planlayırdı".
"Təbii ki, prezident İlham Əliyev baş verənləri çox düzgün qiymətləndirərək ölkənin müstəqilliyini və suverenliyini qoruyaraq Türkiyə ilə məlum siyasi, hərbi ittifaqa getdi.
Rusiya müharibə bitdikdən bir neçə gündən sonra, Türkiyənin Qarabağda birgə sülhməramlı qüvvələrlə təmsil olunmasını qəbul etmədi. Xankəndidə Monitorinq mərkəzinin olmasına da etiraz etdi. Həmçinin Ankaranın bütün səylərinə baxmayaraq, "Laçın dəhlizi" boyu birgə patrul xidmətini də qəbul etmədi.
Rusiya tərəfi bununla Türkiyəni neytrallaşdırmaq və Qarabağda təktərəfli fəaliyyət göstərərək Azərbaycana təzyiq etmək planını həyata keçirəcəkdi. Azərbaycan və Türkiyə rəhbərləri məhz Şuşada birgə bəyannamə imzalamaqla Qarabağda Türkiyənin rolunu rəsmiləşdirdi və Rusiyanın planlarını neytrallaşdırdı", - deyə M.Əsədullazadə bildirib. (Yenisabah.az)
Digər xəbərlər