Saytımızı qiymətləndirin


 
 

Uşaqpulu niyə verilmir? - Deputat məsələ qaldırdı
Tarix: 10-11-2022 | Saat: 12:36
Bölmə:Karusel | çapa göndər

Uşaqpulu niyə verilmir? - Deputat məsələ qaldırdı

"Biz ailənin tək uşağını müharibəyə aparırıq. Amma uşaqpulu verilmir”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.

 

“Büdcəmizdən niyə ailələrə maliyyə ayrılmır, dövlət niyə buna pul ayırmır? Sovet dönəmində ailələrdə axtarış olunurdu ki, təkuşaqlı ailədən müharibəyə aparmasınlar. Amma indi bizdə fərqlidir. Tək uşağı cəbhəyə aparırıq, amma böyüdülməsinə pul vermirik, niyə buna biganə yanaşırıq. Qonşu ölkələrdə də belə nümunə var ki, uşaqpulu verilir. Götürək Rusiyanı, onlar hər doğulan uşağa pul verirlər, bizdə niyə olmasın? Azərbaycanın büdcəsi buna çatır axı”, - deyə deputat parlamentdə məsələ qaldırıb.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər
24-08-2024, 13:22 XİN-dən Ukraynaya təbrik