Tarix: 05-11-2022 | Saat: 14:07
Bölmə:Karusel | çapa göndər
Brüsseldə növbəti üçtərəfli sammitlə bağlı ilkin razılaşma əldə olunub. Lakin növbəti üçtərəfli görüşün nə zaman keçiriləcəyi barədə məlumat yoxdur.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı bildirib ki, avqustun 31-də baş tutan danışıqlarda növbəti görüşün noyabr ayında keçirilməsi qeyd edilib:
“Amma nəzərə almaq lazımdır ki, ondan sonra əvvəlcədən planlaşdırılmamış dördtərəfli görüş baş tutub. Ona görə də hələ növbəti üçtərəfli görüş barədə məlumat yoxdur".
Xatırladaq ki, 3 noyabr 2022-ci il tarixində Brüssel şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.
Digər xəbərlər