Tarix: 19-04-2022 | Saat: 23:06
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib.
Qarabaginfo.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.
"Tərəflər ümumi keçmişə vahid yanaşmaları qoruyub saxlamaqla, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətində olduqlarını bildirdilər. İrqçilik, ksenofobiya, neonasizmin istənilən təzahürlərinə, o cümlədən milli, dil və ya dinə görə ayrı-seçkiliyə, o cümlədən Rusiyada və Ermənistanda yaşayan vətəndaşların və həmvətənlərin hüquq və qanuni maraqlarına toxunan ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməyə razılaşdıq".-deyə bəyənatda qeyd olunub.
Digər xəbərlər