Saytımızı qiymətləndirin


 
 

Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdirinin nədə ittiham edildiyi məlum olub
Tarix: 04-11-2022 | Saat: 11:13
Bölmə:Karusel / Kriminal | çapa göndər

Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdirinin nədə ittiham edildiyi məlum olub

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.

Qarabaginfo.az xəbər verir ki, nazirliyinin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyevin də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər