Saytımızı qiymətləndirin


 
 

“Putinlə sonuncu söhbətimdə...” – Ərdoğandan açıqlama
Tarix: 24-10-2022 | Saat: 10:17
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

“Putinlə sonuncu söhbətimdə...” – Ərdoğandan açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanmış taxıl sazişinin inkişafı çərçivəsində Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

Qarabaginfo.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti ölkənin cənub-şərqindəki Diyarbakır şəhərində gənclərlə söhbət zamanı deyib.

"[Rusiya Prezidenti Vladimir] Putinlə sonuncu söhbətimdə biz Rusiyadan yoxsul ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb: "Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərini həll etmək üçün kömək etmək lazımdır".



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər