Tarix: 16-09-2026 | Saat: 11:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya Silahlı Qüvvələrinin general-mayoru, Rusiya Qəhrəmanı, 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada öldürülüb.
Bu barədə “Lenta.ru” hərbi jurnalist Yuri Kotenoka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Qrunisin ölümünün Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində baş verdiyi ehtimal olunur.
Qrunis 2023-cü ilin mayında 4-cü briqadanın komandiri təyin edilib və Baxmut istiqamətində döyüşlərdə iştirak edib. O, avqustun 28-də Rusiya Qəhrəmanı adına layiq görülüb.
Ukrayna mediasının xəbərinə görə, Anton Qrunis bu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü məruzə edib.
Qeyd edək ki, Rusiya tərəfi iyulda şəhərin tam nəzarətə götürüldüyünü açıqlasa da, bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Sentyabrın 16-na olan məlumatlara görə, şəhərin bir hissəsində döyüşlər davam edir.
Digər xəbərlər



















