Saytımızı qiymətləndirin


 
 

Koronavirusun “Mu” ştammı haqqında nələr məlumdur? – DETALLAR
Tarix: 09-09-2021 | Saat: 08:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Yeni növ koronavirusun (COVID-19) “Mu” ştammı Latın Amerikası və Avropada geniş yayılmağa başlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, “Mu” ştammı indiyədək ABŞ-ın 49 ştatında aşkar edilib. Qardaş Türkiyədə də infeksiyaya yoluxanlar arasında yeni ştamma rast gəlindiyi bildirilir. Türkiyə ilə sərhəddə yerləşən Azərbaycanda isə hələlik “Mu” varinatına yoluxma qeydə alınmayıb.

 

Məlumat üçün bildirək ki, “Delta” variantından daha yoluxucu olduğu iddia edilən “Mu” ilk dəfə bu ilin yanvar ayında Kolumbiyada üzə çıxıb. Virusun yeni variantına yoluxma halları dünyanın sağlamlıq mərkəzləri tərəfindən həyəcanla izlənilir.

 

Kolumbiyada peyda olan B.1.621 variant “Mu” kimi təqdim edilir. Koronavirusun bundan əvvəl aşkarlanan ştammlarına yunan əlifbasına müvafiq olaraq “Alfa”, “Beta”, “Qamma” və “Delta” adları verilib.

 

“Mu” variantı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “yaxından izlənilməsi lazım olan ştamm” kateqoriyasına əlavə edilib. Təşkilat əvvəllər “Eta”, “Yota”, “Kappa”, “Lyambda” variantlarını da bu kateqoriyaya daxil etmişdi.

 

ÜST koronavirusun yeni variantının peyvəndlərə müqavimət göstərmək potensialına malik olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparmaq lazım olduğunu qeyd edib. ÜST bundan əvvəl “Alfa”, “Beta”, “Qamma” və “Delta” ştammlarını “narahatlıq yaradan variantlar” olaraq təsnif etmişdi.

 

Onu da qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi “Mu” ştammını yaxından təqib etdiyini açıqlayıb.

 

Peyvəndlərin Kolumbiya variantına qarşı daha az təsirli olduğuna dair bəzi əlamətlər olsa da, İngiltərə Xalq Sağlamlığı Mərkəzinin açıqlamasına əsasən, bu barədə məlumatlar hələ çox məhduddur və əlavə araşdırma tələb edir.

 

Bundan əlavə, “Mu” variantının “Delta”dan daha yoluxucu olduğuna dair heç bir dəlil yoxdur. Hazırda dünyada geniş istifadə olunan peyvəndlər, koronavirusun köhnə ştammlarına uyğun olaraq hazırlanıb. Elm adamları və peyvənd istehsalçıları hazırlanan vaksinlərin yeni variantlara qarşı yüksək təsirli olduğunu, lakin bəzi ştammlarla mübarizədə daha az qorunma təmin etdiyini bildirirlər.

 

ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirus peyvəndi hazırlayan Almaniyanın “BioNTech” biotexnologiya şirkətinin baş direktoru, türk professor Uğur Şahin hazırki peyvəndin “Delta” variantı da daxil olmaqla bütün ştammlara qarşı təsirli olduğunu və hələlik heç bir yenilənməyə ehtiyac olmadığını söyləyib.(Modern)



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər