Saytımızı qiymətləndirin


 
 

Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv olunur? - Açıqlama
Tarix: 25-01-2022 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv olunur?

 

Daxili İşlər Nazirliyi polis orqanlarında vətəndaşların müvəqqəti qeydiyyatının ləğv olunmasının səbəbini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır:

“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər