Tarix: 05-05-2023 | Saat: 13:58
Bölmə:Karusel / Təhsil | çapa göndər
"Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir".
Qarabaqinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili nəticələrin ötənilki nəticələrlə təxminən eyni səviyyədə olduğunu göstərir:
"Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır və bu da gözlənilən haldır. Nəticələri təhlil edəndə hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəllif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun atmalıyıq. Ümumiyyətlə, ölkə üzrə nəticələrin yüksək olması üçün bütün məktəblərdə təlim-tədris prosesi düzgün qurulmalıdır".
Digər xəbərlər