Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 93 yaşlı kafedra müdiri varmış - Foto
Tarix: 21-10-2022 | Saat: 14:13
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ərdoğan: Şuşada konsulluq açırıq

 13:53

Deputatdan şok: İran ordusu İrəvanı tutmaq istəyir

 13:48

Azərbaycanda 93 yaşlı kafedra müdiri varmış - Foto

 13:12

“Şəhid atası bir gözüylə ağlayanda o biri gözüylə gülməlidir” - Xalq artisti

 12:42
Azərbaycanda 93 yaşlı kafedra müdiri varmış - Foto

Bakı Dövlət Universitenində (BDU) çalışan ən yaşlı müəllimin önümüzdəki günlərdə 93 yaşı tamam olacaq. 

Qarabaginfo.az xəbər verir ki, bu, Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri vəzifəsində çalışan Məsumə Məlikovadır.

1929-cu il təvəllüdlü Məsumə Məlikova noyabr ayının 22-də 93 yaşını tamamlayıb, 94-ə qədəm qoyacaq.

Hüquq elmləri doktoru, professor Məsumə Məlikova düz 54 ildir eyni vəzifədə - Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri postunda çalışır. O, 1968-ci ildən həmin kafedraya rəhbərlik edir.

Məlumata görə, bu, BDU-nun tarixində olmayan hadisədir. Deyilənə görə, M.Məlikovanın bu yaşda kafedra müdiri vəzifəsində çalşması universitetdə çoxlarını təccübləndirir. 

93 yaşlı M.Məlikova Bakı şəhərində anadan olub. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1952-ci ildə ali təhsili bitirdikdən sonra  elmi-pedaqoji fəaliyyət məqsədi ilə unuversitetin Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb. 1956-1958-cı illərdə həmin kafedrada müəllim, 1958-60-cı illərdə baş müəllim, 1960-1968-ci illərdə dosent vəzifələrində çalışıb

1968-cı ildən hazıra qədər BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir.

1958-ci ildə M.V.Lomonosov adına MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1973-cü ildə “XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib

1974-cü ildə professor elmi adı alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın müəllifidir. Professor Məsumə Məlikova 1969-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adı verilib. O, 1976-cı ildə “Şərəf nişanı” ordeni, 1985-ci ildə “Əmək veteranı” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub./Modern.az 



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər