Saytımızı qiymətləndirin


 
 

Fransada kütləvi etirazlara görə 400-dən çox lisey bağlanacaq
Tarix: 02-10-2026 | Saat: 06:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransada kütləvi etirazlara görə 400-dən çox lisey bağlanacaq

Fransada oktyabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları və baş verən iğtişaşlardan sonra oktyabrın 2-də 400-dən çox liseydə əyani dərslər keçirilməyəcək.

Bunu Fransanın milli təhsil naziri Eduar Jeffre “France 2” telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, 400-dən bir qədər çox təhsil müəssisəsi bağlanacaq və həmin məktəblərdə dərslər distant formada keçiriləcək.

Jeffre etirazlar zamanı aqressiv nümayişçilərin zorakı hərəkətlərini və dövlət müəssisələrinə qarşı hücumları pisləyib. Onun sözlərinə görə, həftənin əvvəlindən etiraz aksiyaları zamanı 170 yuxarı sinif şagirdi və 65 təhsil müəssisəsi əməkdaşı xəsarət alıb.

Nazir lisey şagirdlərinin etiraz hərəkatının aqressiv qrupların təsiri altına düşməsindən təəssüfləndiyini bildirib və həmkarlar ittifaqları, eləcə də tələbə təşkilatları ilə dialoqun davam etdiriləcəyini qeyd edib.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər