Saytımızı qiymətləndirin


 
 

Dünya çempionatında ölkəmizi 6 qız güləşçi təmsil edəcək
Tarix: 23-07-2022 | Saat: 01:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünya çempionatında ölkəmizi 6 qız güləşçi təmsil edəcək

İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 22-də Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komanda ilə görüş olub.

Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, iyulun 26-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər
18-07-2023, 12:25 Bir avro 30 lirəni keçdi