Saytımızı qiymətləndirin


 
 

Estoniya Parlamenti Rusiyanı terrorçu rejim elan etdi: “Putin rejimi sülh üçün ən böyük təhlükəyə çevrilib”
Tarix: 18-10-2022 | Saat: 21:28
Bölmə:Karusel / Manşet | çapa göndər

Estoniya parlamenti Rusiyanı terrorçu rejim elan edib.

Bu barədə ölkə parlamentinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Qeyd olunub ki, bu gün Riyqikoqu – Estoniya Parlamenti lehinə 88 səs olmaqla Ukrayna ərazisinin ilhaqını pisləyən və Rusiya rejimini terrorçu elan edən bəyanat qəbul edib.

Ölkə parlamenti əmin edib ki, Estoniya təcavüz və saxta referendumların keçirilməsi nəticəsində Ukraynanın ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacaq.

“Qanunları pozmaqla heç vaxt həqiqətə çatmaq olmaz. Nüvə silahı ilə hədələyən Putin rejimi Rusiyanı həm Avropada, həm də bütün dünyada sülh üçün ən böyük təhlükəyə çevirib”, - deyə deputatların bəyanatında qeyd edilib.

Bildirilib ki, Riyqikoqu Ukrayna ərazisində törədilmiş cinayət hallarının aydınlaşdırılması üçün Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin başlatdığı istintaqı dəstəkləyir. Həmçinin vurğulanıb ki, cinayətdə təqsirli olan şəxslərə qarşı xüsusi beynəlxalq tribunal çərçivəsində məhkəmə prosesinin keçirilməsini zəruri hesab edir.

“Ukrayna parlamentinin dövlətlərə və beynəlxalq təşkilatlara müraciətini dəstəkləyərək, Riyqikoqu Rusiya rejimini terrorçu, Rusiya Federasiyasını isə terrorizmin himayədarı olan dövlət elan edir. Rusiyanın hərəkətlərinə birgə qarşılıq verilməlidir. Riyqikoqu beynəlxalq ictimaiyyəti oxşar bəyannamələr qəbul etməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər
23-08-2022, 12:32 Sabaha olan hava PROQNOZU