Saytımızı qiymətləndirin


 
 

Dünyada birbaşa xarici investisiyaların həcmi ötən il 42% azalıb
Tarix: 25-01-2021 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünyada birbaşa xarici investisiyaların həcmi ötən il 42% azalıb

 

Koronavirus pandemiyası fonunda 2020-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 42% azalaraq 859 mlrd. ABŞ dolları təşkil edib.

Qarabaqinfo.az-a "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə birbaşa xarici investisiyanın həcmi 1,5 trln. dollara çatıb. Beləliklə, 2005-ci ildən bəri ilk dəfə xarici investisiyalar 1 trln. dollardan az olub.

 

"Sonuncu dəfə analoji azalma ötən əsrin 90-cı illərində qeydə alınıb", - hesabatda bildirilir.

UNCTAD-ın mütəxəssisləri vəziyyətin 2021-ci ildə yaxşılığa doğru dəyişəcəyini, lakin COVID-19 təhlükəsinin aradan qaldırılması perspektivləri ilə bağlı qeyri-müəyyənlik üzündən xarici investisiyaların həcminin aşağı qalacağını proqnozlaşdırırlar.

Birbaşa investisiyalardakı ən böyük azalma (69% – 229 mlrd. dollaradək) inkişaf etmiş ölkələrdə qeydə alınıb.

Məruzədə Avropa ölkələrindəki investisiyaların əhəmiyyətli dərəcədə azaldığı da qeyd olunur. Belə ki, Avropa regionunda birbaşa xarici investisiya axını 67% azalaraq 4 mlrd. dollara düşüb.



Xəbəri paylaş

1343 dəfə oxunub.

Digər xəbərlər