Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov vəzifəsindən azad edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BŞH məlumat yayıb.

Qeyd edək ki, Arif Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Xatırladaq ki, Arif Rəhimov 7 il Bakı Şəhər Halqasının icraçı direktoru olub. 

Onun yerinə isə Maqsud Fərzullayev təyin olunub.