Saytımızı qiymətləndirin


 
 

Əliyev ABŞ və Fransanı məsuliyyətli olmağa ÇAĞIRDI
Tarix: 14-10-2022 | Saat: 16:13
Bölmə:Karusel | çapa göndər

Əliyev ABŞ və Fransanı məsuliyyətli olmağa ÇAĞIRDI

Ermənistan tərəfindən, həmçinin Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və terrora məruz qala biləcək diplomatik missiyamızın olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

 

“Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

 

Postmünaqişə vəziyyətinin digər aspektlərindən danışan Prezident İlham Əliyev deyib ki, indi Azərbaycan azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul olur: “On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar”.



Xəbəri paylaş

157 dəfə oxunub.

Digər xəbərlər