Saytımızı qiymətləndirin


 
 

“Moskva müharibənin 3 gün davam edəcəyinə inanırdı, indi 15-ci ayındadır”- NATO rəsmisi
Tarix: 10-05-2023 | Saat: 17:26
Bölmə:Karusel / Region | çapa göndər

“Ukraynada Rusiya ordusu üçün vəziyyət getdikcə çətinləşir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Brüsseldə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Alyansa üzv ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin iclasında bildirib.

Bauer deyib ki, Moskva müharibənin 15-ci ayındadır və bunun 3 gün davam edəcəyinə inanırdı.

Onun fikrincə, Ukrayna böyük dözümlülük və taktiki bacarıq nümayiş etdirir.

Bauer qeyd edib ki, NATO-nun Rusiya və terrorçu qruplara qarşı yeni regional müdafiə planları ərazidə daha böyük NATO qüvvələrinin yerləşdirilməsini tələb edir: “Bu qüvvələrin eeffektiv olması üçün təkcə kəmiyyət deyil, sürət və miqyas da vacibdir”.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər