Saytımızı qiymətləndirin


 
 

“Araik Arutyunyan iki gün oteldə oturub, Paşinyan onu qəbul etməyib”
Tarix: 13-10-2022 | Saat: 10:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Araik Arutyunyan iki gün oteldə oturub, Paşinyan onu qəbul etməyib”

Araik Arutyunyan iki gün oteldə oturub və Paşinyanın onu qəbul etməsini gözləyib.

Qarabaginfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan erməni mediasına mühasibəsində deyib.

O, hakimiyyətin son zamanlar həyata keçirilən siyasətindən danışıb:

“2018-ci ildə Qarabağla bağlı qərar nə olursa olsun, ilk növbədə bu barədə xalqa məlumat verəcəyini bildirən, Qarabağın Ermənistanla bərabər danışıqlar masasına oturmasından danışan, Xankəndi meydanında “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxs indi baxış bucağını 180 dərəcə dəyişib. O, hətta barmağını silkələyib Qarabağ və Ermənistan vətəndaşlarına deyir ki, əllərində olanlarla kifayətlənsinlər, bundan artığını gözləməsinlər”.

Hökumətdən olan deputat Eduard Ağacanyanın 44 günlük müharibədən sonra Ermənistanın Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üçün resurslarının olmaması barədə bəyanatına gəlincə, deputat bunları qeyd edib:

“2018-ci ildə, hakimiyyətə gəlməyə can atarkən, Qarabağ məsələsinin olduğunu bilmirdilərmi? Qarabağ xalqının, Ermənistan sakinlərinin və diasporun taleyi üçün məsuliyyəti öz üzərinizə götürdünüz və indi də hər şeyin belə getdiyini bəyan edirsiniz, bu, sizi qane edirmi? Mən Qarabağ xalqının Ermənistan hakimiyyətinin bu hərəkətlərinə reaksiya verəcəyini gözləyirəm”.

Aqnessa Xamoyan bu gün Nikol Paşinyanla Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan arasında keçirilən görüşə də toxunub.

“Yeri gəlmişkən, bu gün Nikol Paşinyan Qarabağın qalan 25%-nin “prezidenti” Arayik Arutyunyanla görüşüb. O, iki-üç gün oteldə qalıb və Paşinyanla görüşməyi gözləyib”, – Xamoyan deyib.(Konkret.az)



Xəbəri paylaş

1170 dəfə oxunub.

Digər xəbərlər