Tarix: 29-11-2022 | Saat: 10:19
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
Nazirlikdən Qarabaqinfo.az-a verilən məlumata görə, vətəndaşların qəbulu 7 dekabr 2022-ci il tarixində saat 10:00-da Şirvan şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) keçiriləcək.
Qəbula yazılmaq üçün 6 dekabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçirilir.APA
Digər xəbərlər