Tarix: 10-10-2022 | Saat: 12:34
Bölmə:Karusel | çapa göndər
Oktyabrın 10-da səhər saatlarında Rusiya Ukraynaya 75 raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.
"Terrorçu ölkə Rusiya Federasiyası Ukrayna ərazisinə zərbə PUA-larından istifadə edərək kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar artıq 75 raket atıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı Qüvvələr həmvətənlərini qorumaq üçün əllərindən gələni edirlər", - general deyib.
"Lakin düşmənin hücumu davam edir. Mən hamını sığınacaqlara çağırıram!", - Zalujnı əlavə edib.
Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və digər şəhərlər raket zərbəsinə məruz qalıb. Ruslar Ukraynaya kütləvi şəkildə hücum edib. Bu hadisələrdə çoxlu ölən və yaralananlar var.
Digər xəbərlər