Saytımızı qiymətləndirin


 
 

Şükür Həmidovun şəhid olduğu gündür
Tarix: 22-10-2021 | Saat: 10:54
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Şükür Həmidovun şəhid olduğu gündür

 

Bu gün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovun şəhadətə qovuşmasının bir ili tamam olur.

Qarabaginfo.az xəbər verir ki, 1975-ci ildə Qubadlı rayonun Armudluq kəndində anadan olan Ş. Həmidov didərgin düşdüyü rayonunun azadlığı uğrunda döyüşlərdə şəhid olub. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Milli Qəhrəman 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib. 

2006-cı ilin avqustunda isə Ş. Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və 2008-ci ildə təhsilini uğurla başa vurub. Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Polkovnik “Aprel döyüşləri” ilə bağlı xatirələrini danışarkən bunları deyib: “Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Qruplarımız da burada ayrıldı. Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşğınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu bir həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər