Tarix: 09-10-2022 | Saat: 15:02
Bölmə:Karusel / Manşet | çapa göndər
“Ermənistanın baş naziri Nikol Paşinyan ikiüzlü və xəyanətkardır”
Qarabaginfo.az bildrir ki, bunu Modern.az-a açıqlamasında Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Praqa görüşündən danışan rusiyalı politoloq Qərbin səmiyyətinə inanmadığını söyləyib. Bildirilib ki, Qərbin sülh üçün irəli sürdüyü təkliflər adekvat deyil.
Onun sözlərinə görə, Brüssel görüşlərindən sonra Paşinyan təxribatları daha da artırıb.
Anton Bredixin hesab edir ki, danışıqları Avropa İttifaqının vasitəçilik etməsi Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını ala bilmir.
Sülh müqaviləsinə gəlincə, rusiyalı ekspert bunun yalnız Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olacağını qeyd edib.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra verilən bəyanatda Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı öz əksini tapıb.
Görüşlərdə Rusiya iştirak etməsə də, daha sonra İlham Əliyev və Paşinyan Rusiyaya yola düşüb. Onlar MDB ölkələrinin liderlərinin qeyri- formal görüşündə iştirak ediblər.
Digər xəbərlər