Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev İsrail səfiri ilə GÖRÜŞDÜ
Tarix: 27-01-2023 | Saat: 16:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hikmət Hacıyev İsrail səfiri ilə GÖRÜŞDÜ

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.

 

O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər