Saytımızı qiymətləndirin


 
 

Deputat Qalib Salahzadəni məhkəməyə verir
Tarix: 21-09-2017 | Saat: 11:10
Bölmə:Gündəm | çapa göndər

 



Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
Qarabağinfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.
Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:
"Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

 



Xəbəri paylaş

709 dəfə oxunub.

Digər xəbərlər