Saytımızı qiymətləndirin


 
 

Türkiyə səfirinə “Şuşa“ medalı verildi
Tarix: 08-10-2022 | Saat: 12:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə səfirinə “Şuşa“ medalı verildi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Şuşa” medalı ilə təltif olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu diplomat tviterdə yazıb.

C.Bağçı bildirib ki, “Şuşa ili”ndə bu medalla təltif olunmaq onun üçün böyük şərəfdir. O, Azərbaycan mədəniyyət naziri Anar Kərimova təşəkkür edib.

“Şuşa Bəyannaməsinin tələbləri çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı üçün səylə çalışırıq”, - deyə səfir vurğulayıb.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər