Saytımızı qiymətləndirin


 
 

Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim yardımı edib
Tarix: 17-09-2021 | Saat: 15:25
Bölmə:Karusel / Sosial / Qarabağ | çapa göndər

Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim yardımı edib

 

Türk Qızılay Cəmiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki 9 məktəbdə ümumilikdə 2100 şagirdə məktəb ləvazimatları və geyim yardımı edib.

Türkiyənin Azərbaycandakı səfirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə həyata keçirilən fəaliyyət çərçivəsində Füzuli, Ağdam və Tərtər rayonlarındakı məktəblərdə təhsil alan şagirdlərə məktəb ləvazimatları və geyim paylanılıb.

Türk Qızılay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan Tan Türkiyənin müxtəlif bölgələrindən edilən yardımları azərbaycanlı qardaşlarına çatdırdıqlarını söyləyib.

Sentyabrın 22-də Azərbaycanda məktəblərin açılacağını və uşaqların Türkiyədən göndərilən geyim və məktəb ləvazimatları ilə sevinclə məktəbə gedəcəklərini bildirən E. Tan qardaşlığın belə günlərdə bəlli olduğunu vurğulayıb: “Xoşbəxt günlərində onların yanında olmaq istəyirik. Yardım göndərən bütün bacı və qardaşlarımıza təşəkkür edirik”.

O, məktəb ləvazimatlarının qələm, dəftər və rəngli karandaşlardan, geyimlərin isə ayaqqabı, çəkmə, şalvar, sviter, corab və digər paltarlardan ibarət olduğunu sözlərinə əlavə edib.



Xəbəri paylaş

2269 dəfə oxunub.

Digər xəbərlər