Saytımızı qiymətləndirin


 
 

İtkinlərin genetik profili hazırlanıb
Tarix: 06-10-2022 | Saat: 11:42
Bölmə:Karusel | çapa göndər

İtkinlərin genetik profili hazırlanıb

“İtkin düşmüş 4 min vətəndaşımızın hər birinin 3 yaxınından genetik materiallar götürülüb. Artıq onların hər birinin genetik profili hazırdır”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olinmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

 

Onun sözlərinə görə, aşkar edilmiş bütün sümük qalıqları xüsusi depolarda saxlanılır:

 

“Prezidentin tapşırığına əsasən, itkin düşmüş bütün şəxslərin axtarışı sonuncu tapılana qədər davam edəcək”.

 

Ə.Həsənov qeyd edib ki, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan tapılan qalıqların hansısa birinin yaxın adamları bu gün həyatda yoxdursa, o zaman məhkəmə qərarı ilə onların qəbirlərindən genetik nümunə götürülərək araşdırılacaq.



Xəbəri paylaş

110 dəfə oxunub.

Digər xəbərlər