Tarix: 21-08-2024 | Saat: 13:25
Bölmə:Karusel / Dünya | çapa göndər
“Ukrayna ordusu Kurskdakı vacib yaşayış məntəqəsi uğrunda mübarizəyə başlayır”.
Qarabaginfo.az bu barədə “Bild” nəşrinin yazısında bildirilir.
Qeyd olunur ki, artıq Rusiyanın Kurska hücum məqsədilə istifadə edə biləcəyi əsas yaşayış məntəqəsi olan Korenevo qəsəbəsi Ukrayna hərbçilərinin nəzarətindədir. Nəşrin analitiklərindən Yulian Röpke yazır ki, sözügedən ərazinin itirilməsi Rusiyanın mövqeyinə Sudjadan daha kəskin təsir edəcək:
“Bu halda Ukrayna ordusuna məğlub olmaq Rusiyanın hərbi rəhbərliyi üçün utancverici hal sayılacaq”, – o belə deyib.
Röpke əlavə edib ki, ağır döyüşlərdən sonra çeçenlərdən ibarət hərbi birləşmənin nəzarətində olan Sudjanın şimal-şərqində yerləşən Martınovka kəndi də ukraynalıların nəzarətinə keçib.
Analitiklərin fikrincə, Rusiya Çasovoy-Yardakı qoşunlarını Ukraynadan çıxararaq, Kurska istiqamətləndirib: “Ukrayna ordusunun Kurskda müvəffəqiyyət qazanması üçün 2,6 kilometrlik məsafə qalıb. Əgər "Qluşkovsk" əməliyyatı uğurlu olsa, 3000-dən çox Rusiya hərbçisi mühasirəyə düşəcək”.
Digər xəbərlər