Saytımızı qiymətləndirin


 
 

Anar Kərimov Qubaya getdi
Tarix: 14-04-2022 | Saat: 16:56
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Mədəniyyət naziri Anar Kərimov aprelin 14-də Quba rayonuna səfər edib.

 

Qarabaginfo.az xəbər verir ki, mədəniyyət naziri və icra başçısı Ziyəddin Əliyev Quba rayon Heydər Əliyev Mərkəzinə gəliblər. Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, dördmərtəbəli bina 2011-ci ildə inşa edilib. Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği işini həyata keçirir.

Anar Kərimov və Ziyəddin Əliyev Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olublar. Mərkəz tərəfindən hazırlanmış "Quba – multikultural diyar" kitabının təqdimatı keçirilib. Həmçinin “Şuşa İli” münasibətilə "Şuşamı tərənnüm edirəm" adlı multikultural layihənin təqdimatı olub, folklor qrupunun çıxışı dinlənilib.

Mədəniyyət naziri və icra başçısı daha sonra Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baş çəkiblər. Məlumat verilib ki, 1932-ci ildə yaradılan kitabxana bu il 90 illiyini qeyd edir.

Nazir Quba şəhər uşaq musiqi və incəsənət məktəblərinə baxış keçirərkən tədris ocaqlarının fəaliyyəti barədə ətraflı məlumat alıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb, bununla əlaqədar müvafiq göstərişlər verib.

Mədəniyyət naziri Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan Ərdəbil məscidi və Cümə məscidini də ziyarət edib.

Nazir Anar Kərimovun Quba rayonuna səfəri davam edir.



Xəbəri paylaş

266 dəfə oxunub.

Digər xəbərlər