Tarix: 28-10-2022 | Saat: 11:51
Bölmə:Karusel | çapa göndər
Rusiyanın Baş naziri Mixail Mişustin Astanada keçirilən MDB Hökumət Başçıları Şurasının iclası zamanı qlobal iqtisadiyyatdakı çətinlikləri Qərbin hərəkətləri ilə əlaqələndirib və Birlik ölkələrini qarşılıqlı ticarət hesablaşmalarında dollardan imtina etməyə çağırıb.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, MDB-yə üzv ölkələr öz imkanlarının inkişafına diqqəti artırmalı, texnoloji müstəqilliyi gücləndirməlidirlər. Bunun üçün tez bir zamanda dollardan imtina edib, qarşılıqlı ticarətdə milli valyutalara keçmək lazımdır.
"Son ayların hadisələri göstərdi ki, vurğu bizim imkanlarımıza və əlbəttə ki, bir-birimizlə işgüzar əlaqələrin davam etdirilməsinə və genişləndirilməsinə, texnoloji müstəqilliyin və maliyyə suverenliyinin gücləndirilməsinə yönəldilməlidir", - Mişustin bildirib.
Rusiyanın Baş naziri həmçinin əlavə edib ki, qlobal iqtisadiyyatdakı çətinliklər Qərbin Rusiya və Belarusa qarşı qanuni olmayan proteksionizm və birtərəfli sanksiyalardan istifadə etmək istəyi ilə bağlıdır.
Digər xəbərlər