Saytımızı qiymətləndirin


 
 

“Peskovun oğlu əməliyyatda başqa adla iştirak edib”- Priqojin detalları açıqladı
Tarix: 22-04-2023 | Saat: 19:37
Bölmə:Karusel / Region | çapa göndər

“Dmitri Peskovun oğlu Nikolay xüsusi hərbi əməliyyatda başqa adla iştirak edib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojin açıqlama verib.

O qeyd edib ki, prezidentin mətbuat katibi oğlunu “Vaqner”ə aparmaq xahişi ilə ona müraciət edib: “Oğlu müharibəyə getməyə qərar vermişdi və onu bundan çəkindirmək əbəs idi. Peskov məsləhət almaq üçün mənə müraciət etdi. Ona Müdafiə Nazirliyinə getməyi məsləhət görmədim, çünki orda qərargahda oturacaqdı. Ona görə də saxta sənədlərlə onu özümlə apardım. Soyadını, adını və ata adını dəyişdirdik. Bu barədə yalnız mən və kadrlar şöbəsinin müdiri bilirdik”.

Priqojin bildirib ki, 33 yaşlı Nikolay Peskov “Vaqner”də artilleriyaçı kimi xidmət edib.(Azpost.info)



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər