Saytımızı qiymətləndirin


 
 

Putin Lukaşenkodan Abxaziyanı tanımağı gözləyir 
Tarix: 29-09-2022 | Saat: 14:27
Bölmə:Karusel | çapa göndər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Soçidə Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun Minskin Abxaziyanın tanınması məsələsini müzakirə etmədiyini bildirib.

"Bu mövzular müzakirə olunmayıb", - Peskov bildirib.


 Peskov həmçinin qeyd edib ki, bu kontekstdə də Krımın tanınmasından söhbət getmir.


"Bu, tamamilə daxili məsələdir, Belarusun suveren hüququdur və biz gözləyirik ki, belaruslu yoldaşlarımız müstəqil şəkildə və onlar üçün vaxtında müvafiq qərar qəbul edəcəklər", - Peskov əlavə edib.


Çərşənbə günü Lukaşenko ilk dəfə Abxaziyaya rəsmi səfər edib və respublika rəhbəri Aslan Bjaniya ilə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyi xüsusi bəyanatında Lukaşenkonu dövlət sərhədini pozmaqda ittiham edib. Nazirlik bəyanatında qeyd edib ki, səfər “beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulmasıdır”.


2008-ci il avqustun 26-da Gürcüstanın Cənubi Osetiyaya silahlı təcavüzündən sonra Rusiya bu respublikanın, eləcə də digər keçmiş Gürcüstan muxtariyyəti Abxaziyanın suverenliyini tanıyıb. Rusiya Federasiyasının rəhbərləri dəfələrlə bəyan ediblər ki, göstərilən iki respublikanın müstəqilliyinin tanınması mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər