Saytımızı qiymətləndirin


 
 

İran xalqı “Xameneiyə ölüm” şüarı ilə yenidən küçələrə axışdı
Tarix: 27-09-2022 | Saat: 14:26
Bölmə:Karusel | çapa göndər

İran xalqı “Xameneiyə ölüm” şüarı ilə yenidən küçələrə axışdı 

 


İranın Mərivan şəhərinin əhalisi ümummilli etirazların 11-ci günündə küçələrə çıxaraq “Xameneiyə ölüm!” şüarı səsləndiriblər.

Etirazçılar hökumət rəhbərliyinin repressiv siyasətinə qarşı, eləcə də “diktatora ölüm, “bacımı kim öldürübsə, mən onu öldürəcəyəm” deyə etiraz səslərini ucaldıblar. Camaatın qəzəbinə tuş gəlməkdən qorxuya düşən polis və xüsusi təyinatlı qüvvələr onlara yaxınlaşmağa cürət etmirlər. Hökumət qüvvələri etirazları yatırtmaq üçün interneti kəsib, lakin insanlar bu məhdudiyyətlərə baxmayaraq, etirazlarını davam etdiriblər.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər